MAKA-DA ŞƏHID NURLAN ZEYNALOVUN XATIRƏSINƏ HƏSR EDILMIŞ “ZƏFƏR-BILIK” KOMANDA YARIŞI KEÇIRILMIŞDI

55
0
Share:
16.11.2021-ci il tarixdə Milli Aerokosmik Agentliyində Vətən müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin əməkdaşı Nurlan Zeynalovun xatirəsinə həsr edilmiş “Zəfər-Bilik” komanda yarışı keçirildi. Yarışda Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Xarıbülbül” komandası, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun “Əfsanəvi döyüşçülər” komandası, Ekologiya İnstitutunun “Ekstress” komandası və Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun “Qələbə” komandaları mübarizə apardılar. Gərgin və maraqlı keçən yarışda 1-ci yeri “Əfsanəvi döyüşçülər” komandası, 2-ci yeri “Qələbə” komandası 3-cü yeri “Xarıbülbül” komandası tutdu. Yarışın qaliblərinə Diplom və pul mükafatı verildi.
Share: