MAKA-DA “NƏ? HARADA? NƏ ZAMAN?” İNTELLEKTUAL OYUNU KEÇİRİLDİ

924
0
Share:
Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Çempionatda Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Xəmsə”, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun «Blazzing Rockets«, Ekologiya İnstituyunun “Zəfər”, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosnun ‘Uğur”, komandaları, Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun “Xankəndi” komandası və Müdafiə Sənayesi Nazirliyi Mühafizə və Təhlükəsizlik İdarəsinin “İnam” komandası iştirak etmişdir.
Çempionat əməkdaşlar arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır.
6 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 4 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun “Xəmsə” komandası və Müdafiə Sənayesi Nazirliyi Elmi Tədqiqat İnstitunun “Xankəndi” komandası, ikinci yeri Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunun “Uğur” komandası, üçüncü yeri isə Müdafiə Sənayesi Nazirl Milli Aerokosmik Agentliyi Elmi-Tıdqiqat Aerokosmik İnformatika İnstitutunun «Blazzing Rockets«” komandası qazanıb.
Share: