Oktyabrın 21-22 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsi Yeni Nəsil Müharibə Kimi” Beynəlxalq Elmi-Praktik konfransa start verilmişdir.
Konfransda Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru,professor,Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü Natiq Cavadov “44 günlük Vətən Müharibəsi və Azərbaycanın müdafiə sənayesi” mövzusunda çıxış etmişdir.