Cənab Prezident İlham Əliyevin iqtisadiyyatın müxtəlif istiqamətlərdə inkişafı siyasətinə dəstək olaraq Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) innovativ texnologiyaların inkişafı perspektivlərinə böyük önəm verir. Bununla əlaqədar Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov, İnnovasiya Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və idarə heyətinin üzvü Ayan Kərimova ilə görüşü keçirilmişdir. Natiq Cavadov MAKA-nın fəaliyyəti haqqında geniş məlumat vermişdir. Öz növbəsində Tural Kərimli İnnovasiya Agentliyinin perespektivləri və gələcək inkişafı haqqında məlumat verdi.İnnovasiya Agentliyinin və Milli Aerokosmik Agentliyinin fəaliyyət istiqamətləri dairəsində qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olundu.Görüşdə məqsəd iki təşkilatın birgə innovativ layihələrə,istehsalata dəstək verməsi olmuşdur.
İkitərəfli görüşdən sonra İnnovasiya Agentliyinin sədri Tural Kərimli və idarə heyətinin üzvü Ayan Kərimova MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda istehsal prosesi ilə tanış oldular. Daha sonra görüş iştirakçıları yeni fəaliyyətə başlamış İnnovasiya mərkəzi və gənc startup-çıların layihələri ilə tanış oldular.