15 dekabr 2021-ci il tarixində Bakı Dövlət Universitetində, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstiutu, STAR-NET Nüvə Texnologiyaları üzrə Regional Təhsil və Təlim Şəbəkəsi, Macarıstanın Szeged Universiteti və Romanın La Sapienza Universitetinin birgə təşkilatçılığı ilə “Fizikada Müasir Trendlər” mövzusunda VII beynəlxalq konfransın açılış mərasimi baş tutmuşdur. Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov açılış mərasimində çıxış edərək konfrans iştirakçılarını salamlamış və konfransın fəaliyyətinə uğurlar arzulamışdır. Professor Natiq Cavadov konfransda iştirak edən alimlərlə birgə konfrans mövzularına uyğun olaraq fikir mübadiləsi aparmışdır. Qeyd edək ki, 15-17 dekabr 2021-ci il tarixləri olmaqla 3 gün davam edəcək konfransda Azərbaycandan, həmçinin Türkiyə, Rusiya, İtaliya, Macarıstan, ABŞ, Pakistan, Özbəkistan, Ukrayna, Çin, Gürcüstan və Belçikadan olan tanınmış alimlər məruzələrlə çıxış edəcəkdir.