9 NOYABR TARIXINDƏ “QƏLƏBƏ QAÇIŞI” ADI ALTINDA XEYRIYYƏ TƏDBIRI KEÇIRILMIŞDIR.

839
0
Share:
9 noyabr tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda dəniz kənarı bulvar ərazisində “Qələbə qaçışı” adı altında xeyriyyə tədbiri keçirilmişdir. Tədbir müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin birinci ildönümünə həsr olunmuşdur. Tədbirdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin də əməkdaşları iştirak etmişdir. 5000 metrlik məsafəni əhatə edən yürüşdə iştirakçılar, Dənizkənarı Milli Parkda Elektra Hall-un qarşısından başlayaraq Bakı Dəniz Vağzalı önündə finiş nöqtəsinə çatmışlar. Qələbə qaçışı” xeyriyyə tədbirinin sonunda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Müdafiə sənayesi naziri Mədət Quliyev və gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qaliblərə mükafatlar təqdim edilmişdir.
Share: