MİLLİ AEROKOSMİK AGENTLİYİNİN EKOLOGIYA İNSTİTUTU İLƏ AZƏRBAYCAN RESPUBLİKASI EKOLOGIYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN BIRGƏ TƏDBİRİ KEÇİRİLMİŞDIR

821
0
Share:
16 avqust 2022 –ci tarixdə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələrin yaradılması ilə bağlı tədbir keçirilmişdir. Bu tədbirin keçirilməsinin əsas məqsədi respublikamızda ekoloji problemlərinin yaranma səbəblərini faktlar əsasında araşdırmaq və onların aradan qaldırılması yollarının müzakirəsi olmuşdur.
Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda respublikamızda mövcud olan ekoloji problemlərin həllinin araşdırılmasına dair müxtəlif istiqamətlərdə bir neçə şöbə fəaliyyət göstərir: Bu şöbələrdən: “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi”, “Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi”, “İqlim və atmosferin optik monitorinqi”, “Meşə ekosistemlərinin aerokosmik monitorinqi”, “Nanotexnoloji tədqiqatlar”, “Aqroekoloji tədqiqatlar”, “Radioekoloji və ekokimyəvi tədqiqatlar” şöbəsini misal göstərmək olar. Hər bir şöbə üzrə peşəkar mütəxəssislər, elmi işçilər və alimlər özlərinin tematik iş planına əsasən elmi-tədqiqat və çöl-tədqiqat işlərini aparırlar və bu tədqiqatlardan əldə edilən hesabatlar nəticəsində səmərəliləşdirici təkliflər müzakirə edilir . 
Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaranmış əməkdaşlığın artması sayəsində respublikamızda qeyd olunan ekoloji problemlərin araşdırılması və aradan qaldırılması istiqamətində keçirilən bu kimi tədbirlər daha səmərəli həll yollarının tapmasına gətirib çıxarır və bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədəuyğun hesab edilir.
 
Share: