Akademik Tofiq İsmayılov-89

21.06.2022 -ci ildə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov və çoxsaylı kollektivi MAKA-nın yaradıcısı, mərhum akademik Tofiq İsmayılovun anadan olmasının 89-cu il dönümü ilə əlaqədar Fəxri xiyabanda görkəmli və vətənsevər alimin məzarını ziyarət etmişlər.

Ziyarət iştirakçıları mərhumun məzarı üstünə əklil və gül dəstələri qoymuşlar. Professor Natiq Cavadov akademik Tofiq İsmayılovun elmi, siyasi, həyat fəaliyyəti və onun Azərbaycan kosmik sənayesi üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumatlar vermişdir.

Author: