Milli Aerokosmik Agentlikdə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” tədbiri keçirildi

1 İyun 2022-ci il tarixində “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Milli Aerokosmik Agentliyində əməkdaşların azyaşlı uşaqları üçün bayram tədbiri keçirilmişdir.Bayram tədbiri uşaqların Müdafiə Sənaye Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin ziyarət edilməsi ilə başlandı.Uşaqlar şəhidlərin xatirəsinə ucaldılmış abidəni gül-çiçəklə ziyarət etdikdən sonra təqdim etdikləri rəsm əsərlərinin sərgisi ilə tanış oldular.Daha sonra uşaqlar Akt zalına dəvət olundular.Rəhbərliyin  və uşaqların birgə ifası ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Baş direktor Natiq Cavadov tədbiri giriş sözü ilə açıq elan etdi. 
     Bundan sonra MAKA-nın baş direktoru professor Natiq Cavadov rəsm sərgisində iştirak etmiş uşaqların hər birinə Təşəkkürnamə təqdim etdi və onları məktəbli ləvazimatları ilə təbrik etdi.  Tədbirin sonu olaraq bədii hissədə uşaqlar bir-birindən maraqlı vətənpərvər ruhlu şeirlər oxudular və milli rəqs nümunələrini ifa etməklə bacarıqlarını nümayiş etdirdilər.

Author: