Milli Aerokosmik Agentliyinin tabeliyində olan Ekologiya İnstitutunun direktoru beynəlxalq diplomla təltif edilmişdir

Milli Aerokosmik Agentliyinin Ekologiya institutunun direkoru texnika elmləri doktoru, professor Əliyev Bəhram Hüseyn oğlu Rusiya Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilmişdir və müvafiq  diplomla təltif olunmuşdur. Bu münasibətlə, MAKA-nın baş direktoru professor Natiq Cavadov professor Bəhram Əliyevi təbrik etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır. Qeyd edək ki, professor Bəhram Əliyev 2010-cu il tarixində Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir

Author: