Аzərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin

ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1.   Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 463 nömrəli   Fərmanına   əsasən   Azərbaycan   Respublikası   Milli   Elmlər Akademiyasının tabeliyində olan Milli Aerokosmik Agentliyi (bundan sonra –        Agentlik) Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyinə verilmişdir.

1.2. Agentliyin fəaliyyətinin əsasını Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq cihazqayırma və müdafiə sənayesi sahəsində kosmik cihazların yaradılması, kosmik fəzanın öyrənilməsi, milli aerokosmik proqramların hazırlanıb yerinə yetirilməsi, beynəlxalq kosmik layihələrə dair işlərin əlaqələndirilməsi və idarə edilməsi, bu sahələrdə olan elm və istehsal potensialından respublikanın xalq təsərrüfatının və təhlükəsizliyinin xeyrinə səmərəli istifadə edilməsi məqsədi iləelmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması ilə bağlı işlər və xidmətlər təşkil edir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan qanunvericilik aktlarını, Nazirliyin əmr, sərəncam, göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

1.4. Agentlik dövlət müəssisəsidir, müvafiq balansa, qanunvericiliyə uyğun sərəncamında olan    dövlət  əmlakına,    hesablaşma    hesablarına,    üzərində “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi” və mərkəzi hissəsində öz adı “Milli Aerokosmik Agentliyi” sözləri həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.5. Agentlik öz üzərinə götürdüyü öhdəliklərə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

1.6. Agentliyin saxlanma xərcləri və elmi-təşkilatı fəaliyyəti Azərbaycan Respublikasının Dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Agentliyin tam adı: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi. Qısaldılmış adı: MAKA.

1.8. Agentliyin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159.

2. Agentliyin əsas məqsədi, fəaliyyət istiqamətləri, vəzifə və funksiyaları

2.1. Agentliyin əsas məqsədi və vəzifəsi Nazirliyin fəaliyyət istiqamətinə uyğun olaraq cihazqayırma və müdafiə sənayesi sahəsində kosmik fəzadan xalq təsərrüfatının, dövlətlərarası birgə aviasiya-kosmik proqramların, layihələrin və sazişlərin xeyrinə istifadə edilməsini, beynəlxalq əməkdaşlığa dair konsepsiyaların hazırlanmasını və həyata keçirilməsini, kosmik   cihazların yaradılmasını, bu məqsədlə elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılmasını, aviasiya-kosmik xidmətlərin dünya bazarına çıxarılmasını, aerokosmik elm və texnikanın müvafiq sahələrində yüksək   ixtisaslı   mütəxəssislər   hazırlanmasını və təkrar hazırlıq keçməsini təmin etməyi təşkil edir.

2.2. Agentlik   öz   fəaliyyətini   Nazirlik   tərəfindən   təsdiq   olunmuş   «İş   planlan»na və Nazirliyin əmrlərinə, sərəncamlarına, həmçinin göstərişlərinə uyğun olaraq həyata keçirir.

2.3. Agentlik  aviasiya və kosmik texnikanın yaradılması və təkmilləşdirilməsi sahəsində aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

– kosmik fəzanın öyrənilməsi sahəsində milli elmi-texniki siyasəti formalaşdırır;

– xarici şirkətlərlə, firmalarla, mərkəzlərlə, elmi və başqa idarə və təşkilatlarla işgüzar əlaqələri həyata keçirir;

– rabitəni,  tele-radio   verilişlərini,   meteoroloji,   naviqasiya,   geodeziya   və xəritəçəkmə xidmətlərini inkişaf etdirmək, təbii ehtiyatlardan səmərəli istifadə        etmək üçün kosmik texnikanı tətbiq edir;

– idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində və elmi-texniki məhsulun və aviasiya-kosmik xidmətlərin məhsulunun müvafiq qaydada xarici bazarlarda satılmasında tabeliyində olan müəssisələrə rəhbərlik edir;

– kosmik cihazların yaradılması, elmi-tədqiqat, təcrübi konstruktor işlərinin aparılması ilə bağlı işləri və xidmətlər təşkil edir;

– respublikada kosmik fəzanın öyrənilməsi sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların idarə edilməsini və əlaqələndirilməsini təşkil edir, aviasiya   texnikası və kosmik texnika yaradır;

– müdafiə sənayesi sahəsində təkmilləşdirmə və yeni məhsulların alınması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərini aparır;

– radioaktiv maddələrin aşkarlanması üçün cihazların yaradılmasını və istehsalını təmin edir;

– avia və kosmik vasitələrlə təbii ehtiyatların tədqiqinin elmi və metodik  əsaslarının yaradılmasını, aerokosmik üsulla elmi, tədqiqi və müdafiə təyinatlı məsələlərin həlli texnologiyalarının işlənib hazırlanmasını təmin edir;

|- aerokosmik və yerüstü məlumatlar əsasında ətraf mühitin ekoloji monitorinqi üzrə elmi-tədqiqat, layihə – axtarış və istehsalat işlərinin yerinə yetirilməsini, ətraf təbii mühitin aerokosmik monitorinqi üsullarının işlənib hazırlanmasını eləcə də müasir təbiəti mühafizə tədbirlərinin işlənib hazırlanmasını və onların xalq təsərrüfatında tətbiqini təmin edir;

– informasiya emalı üçün xüsusi yüksək məhsuldarlıqlı kompüter sistemləri və proqram vasitələrinin, eləcə də Respublikanın iqtisadiyyatında, sosial mühiti və müdafiəsi sahələri üçün əhəmiyyətli yeni informasiya texnologiyalarının yaradılmasını və tətbiqini təmin edir;

– Azərbaycan   Respublikasının   müdafiə   qabiliyyətinin   möhkəmləndirilməsi  məqsədi  ilə   və  xalq  təsərrüfatının  müxtəlif sahələrində  istifadə  olunan  aerokosmik  informasiyanın qəbulu və tətbiqi üçün  peykaltı stasionar və  aerokosmik  cihazlarda yerləşdirmək üçün nəzərdə tutulan  komplekslərin       işlənməsini və müasir element bazasında məsafədən ölçmə məqsədləri üçün yerüstü və aerokosmik cihazlarda istifadə edilməsi üçün nəzərdə tutulan sistemlərin işlənməsini təmin edir;

– müasir element  bazasında məsafədən ölçmə məqsədləri üçün yerüstü və aerokosmik cihazlardan istifadə edilməsində nəzərdə tutulan metodikalar və sistemlərin öyrənilməsini təmin edir;

– aerokosmik sistemlərin öyrənilməsini təmin edir və müasir element bazasında məsafədən ölçmə məqsədləri üçün yerüstü və aerokosmik cihazlardan istifadə  edilməsində nəzərdə tutulan metodikaları tədqiq edir;

– qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifə və funksiyaları

2.4. Respublikada aerokosmik elm və texnologiyalar sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların təşkilini, idarə edilməsini və əlaqələndirilməsini;

2.5.    Aviasiya    və    kosmik    texnika    sistemlərinin və  elementlərinin hazırlanmasını;

2.6.   Aviasiya-kosmik   xidmətlərin   müvafiq   qaydada   dünya   bazarına çıxarılmasının təmin edilməsini;

2.7. Mümkün təbii fəlakətlərin və fövqəladə vəziyyətlərin qarşısını almaq və onların nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün kosmik vasitələrdən istifadə edilməsini;

2.8.   Təhsil   və   mədəni   inkişaf sahəsində   kosmik   vasitələrdən   istifadə;

2.9. Aerokosmik elmin, texnikanın və istehsalın müvafiq sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını və yenidən hazırlanmasını;

2.10.   Elm  və  iqtisadiyyatın  mənafeyi  naminə  kosmik  fəzadan istifadə edilməsində    beynəlxalq   əməkdaşlıq   layihələrinin,    habelə   birgə beynəlxalq aviasiya-kosmik proqramların, layihələrin və sazişlərin hazırlanmasını və həyata;

2.11. Vətəndaşlardan daxil olmuş ərizə, şikayət və təkliflərə vaxtında və qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını;

2.12.   Fəaliyyət   istiqamətlərinə   uyğun   müvafiq   qaydada   müqavilələrin bağlanılmasını;

2.13. Yeni texnoloji proseslərin işlənib hazırlanması və istehsalatda tətbiqi üçün elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılmasını;

2.14.  Kosmik  tədqiqatlar sahəsində  riyazi  modellərin  və proqramların yaradılmasını;

2.15. Azərbaycan Respublikasının dövlət və sahə elmi, təhsil müəssisələri ilə əməkdaşlığın edilməsini;

2.16. Fəaliyyət istiqamətləri üzrə təkliflərin verilməsini;

2.17. Beynəlxalq müqavilələrə, sazişlərə əsasən xarici dövlətlərlə elmi-texniki əməkdaşlığın edilməsini;

2.18.   Azərbaycan   Respublikasının və  ayn-ayn  xarici ölkələrin ali məktəblərinin kafedraları  bazasında və Agentliyin aspiranturasında müvafiq qaydada elmi kadrların hazırlanmasının təşkil edilməsini;

2.19. Nəşriyyat, reklam və poliqrafiya sahəsində fəaliyyətin (elmi-texniki jurnalların, məqalələrin, monoqrafiyaların, tədris vəsaitlərinin, elmi məcmuələrin və s. nəşri) göstərilməsini;

2.20. Müəllif   hüquqlarının  qorunması   sahəsində   müvafiq   tədbirlərin görülməsini

2.21. Respublikanın elmi-texniki potensialından, mətbuatda və dissertasiya işlərində açıqlanan elmi nəticələrdən dövlətin müdafiə qüdrətinin artırılmasında müvafiq qaydada istifadə etmək üçün məqsədyönlü informasiya-axtarış və təhlil işlərinin aparılmasını;

2.22. Agentlikdə aparılan elmi işlərin informasiya təhlükəsizliyinin təmin edilməsini;

2.23. Məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirakın təşkil edilməsini;

2.24.  Nazirlik  tərəfindən  təsdiq edilmiş «İş Proqramları»nın icrasını, müəyyən olunmuş büdcənin təyinatına uyğun istifadə edilməsini və bu Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələrin yerinə yetirilməsinin təmin edilməsini;

2.25.   Agentliyin   elmi   laboratoriyalarının   (şöbələrinin) müasir  tələblər səviyyəsində qurulması üçün müvafiq işlərin görülməsini;

2.26.   Elmi-tədqiqat  və təcrübi-konstruktor işlərinin  aparılması  zamanı əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının, ekoloji təhlükəsizlik tələblərinə riayət olunmasının və istifadəsinə verilmiş dövlət əmlakının yanğından mühafizə olunmasının təmin edilməsini;

2.27. Agentliyə məxsus maddi və mənəvi sərvətlərin qorunub saxlanmasının, səmərəli istifadəsinin və etibarlı mühafizəsinin təmin edilməsini;

2.28. Elmi-texniki tərəqqini intensivləşdirmək, kosmik texnologiyalardan xalq təsərrüfatında  istifadə  olunması  üçün  kosmonavtikanın  nailiyyətlərinin tətbiqinin təşkil edilməsini;

2.29. Dövlətin kosmik fəaliyyət siyasəti məsələlərinə dair qanunvericilik aktlarının layihələrinin müəyyən edilmiş qaydada hazırlayıb təqdim edilməsini;

2.30. Aerokosmik proqramların və layihələrin büdcədən və valyuta ilə maliyyələşdirilməsinə dair təkliflərin hazırlanmasını;

2.31. Digər dövlətlərin aerokosmik təşkilatlarında və beynəlxalq assosiasiyalarda iştirakının təmin edilməsini;

2.32. Tədris mərkəzlərinin yaradılmasını, kadrların hazırlanmasını və onların ixtisasının artırılması üçün respublikanın ali məktəblərində, orta-ixtisas və texniki peşə məktəblərində baza fakültələrinin və şöbələrinin təşkil edilməsini;

2.33. Fəaliyyət istiqamətlərinə uyğun, qanunvericiliklə qadağan olunmayan digər vəzifə və funksiyaların həyata keçirilməsini.

3. Agentliyin əmlakı

3.1. Agentliyin əmlakı Nazirlik tərəfindən onun təsərrüfat idarəçiliyinə verilmiş vəsaitlərindən ibarətdir və əmlakı onun balansında əks olunur.

3.2. Agentliyin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində istifadə və sərəncam hüquqları qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  və hədlərdə Nazirliyə məxsusdur.

3.3. Agentlik təsərrüfat idarəçiliyinə verilmiş əmlaka münasibətdə Nazirlik tərəfindən müəyyən edilmiş hüdudlarda istifadə hüquqlarını həyata keçirir.

3.4. Təsdiq edilmiş  «İş Proqramları»na uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait, digər fəaliyyət sahələrindən əldə etdiyi gəlir və qanunla qadağan edilməyən başqa daxil olmalar Agentliyin maliyyə mənbəyini təşkil edir.

3.5. Agentliyin maliyyə ili 01 yanvardan 31 dekabradək olan dövrü əhatə edir.

4. Agentliyin fəaliyyətinin idarə edilməsi

4.1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən baş direktor rəhbərlik edir.

4.2. Baş direktorun müavinləri, baş mühasib – maliyyə və mühasibat uçotu şöbəsinin rəisi və məqsədəuyğun sayılan digər işçilər nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.3. Agentliyin strukturu (tabeliyində olan qurumlar) Nazirlik tərəfindən təsdiq edilir.

  • tabeliyinə daxil olan müəssisələr qanunvericilikdə müəyyən edilmiş qaydada Nazirlik tərəfindən yaradılır, yenidən təşkil edilir və ləğv edilir.
  • Agentliyin  tabeliyində  olan   müəssisələrin Nizamnamələri (Əsasnamələri) müvafiq qaydada Nazirlik tərəfindən təsdiq edilir.

4.4. Agentliyin mərkəzi aparatının xərclər smetası, strukturu və ştat cədvəli müdafiə sənayesi naziri tərəfindən təsdiq edilir.

4.5.  Baş direktor Agentliyə rəhbərlik edir, Agentliyin və tabeliyindəki müəssisələrin  işini  təşkil edir və onun  fəaliyyətinə görə Nazirlik qarşısında məsuliyyət daşıyır.

4.6. Agentliyin baş direktoru:

– “Agentliyin aparatının və tabeliyində olan müəssisələrinin səmərəli fəaliyyət göstərməsini təmin edir, zəruri hallarda Agentliyin strukturunun təkmilləşdirilməsi, yeni bölmələrin yaradılması və ya mövcud bölmələrin yenidən təşkili ilə əlaqədar Nazirliyə müvafiq təkliflər verir;

– Agentliyin mərkəzi aparatının struktur bölmələrinin əsasnamələrini, vəzifə təlimatlarını və daxili intizam qaydalarını təsdiq edir;

– qüvvədə olan qanunvericiliyin, Nazirliyin əmr, sərəncam və tapşırıqlarının icrasını təmin edir;

– müəyyən olunmuş qaydada, təyin olunması Nazirliyin səlahiyyətinə aid olan, eləcə də Nazirlik tərəfindən məqsədəuyğun hesab edilən vəzifələr istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

– Agentliyin və tərkibinə daxil olan müəssisələrin işçilərinə əmək fəaliyyəti göstəricilərinə görə fərdi qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

– Agentliyi vəkalətnaməsiz digər təşkilatlarda təmsil edir, səlahiyyətləri daxilində etibarnamələr verir,  müəyyən olunmuş qaydada əqdlər imzalayır, banklarda hesablaşma hesabı və digər hesablar açır;

– Agentlik üzrə icrası bütün işçilər üçün məcburi olan əmr və göstərişlər verir,   direktorun müavinləri arasında vəzifə bölgüsü aparır.

4.7. Baş direktorun müavinləri baş direktorun onlara həvalə etdiyi sahələr üzrə işin təşkilinə görə məsuliyyət daşıyırlar.

4.8. Agentlikdə ictimai əsaslarla direktor yanında məşvərətçi orqan olanelmi şura yaradıla bilər. Baş direktor Agentliyin elmi şurasının sədridir.

– Elmi şuranın tərkibi Agentliyin və tabeliyində olan müəssisənin işçilərindən təşkil olunur və Nazirlik tərəfindən təsdiq edilir. Elmi şuranın tərkibinə Agentliyin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla digər qurumların nümayəndələri, dövlət və sahə elmi  idarələrinin  aparıcı  mütəxəssisləri  daxil  edilə  və  ya  ayn-ayrımüzakirələrdə iştirak etməyə dəvət edilə bilərlər;

– Elmi Şuranın fəaliyyəti Agentliyin baş direktorunun təsdiq etdiyi elmi şura haqqında Əsasnamə ilə tənzimlənir.

5. Uçot, hesabat və nəzarət

5.1.   Agentlik qanunvericilikdə müəyyən olunmuş qaydada  mühasibat uçotunu aparır və hesabatları müvafiq dövlət orqanlarına, o cümlədən Nazirliyə təqdim edir.

5.2. Agentliyin fəaliyyətinə nəzarət Nazirliyin müvafiq şöbələri, eləcə də aidiyyatı dövlət orqanları tərəfindən həyata keçirilir.

6. Agentliyin yenidən təşkili və ləğvi

6.1. Agentliyin yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirlik tərəfindən həyata keçirilir.