AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ

MİLLİ AEROKOSMİK AGENTLİYİ

HAQQIMIZDA

HAQQIMIZDA

MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspiy” Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli, 580 №-li Fərmanı ilə KTEİB-in bazasında AMAKA yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli, 463 nömrəli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

MİSSİYAMIZ

Agentliyin əsas missiyası Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına və Hərbi Doktrinasına, “Dövlət Müdafiə Sifarişi Proqramı”na, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”ya və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına müvafiq olaraq kosmik fəzanın elmi cəhətdən öyrənilməsi sahəsində elmi-texniki siyasətin formalaşdırılmasını, bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların koordinasiyasını, aviasiya və kosmik texnikanın yaradılmasını, cihazqayırma, müdafiə və təhlükəsizlik sahəsində dövlət sifarişlərinin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini, kosmik fəzanın imkanlarından ölkə iqtisadiyyatının inkişafında istifadə olunmasını, dövlətlərarası birgə aerokosmik proqramların, layihələrin və sazişlərin icrasını, bu sahədə beynəlxalq konvensiyaların hazırlanmasını, aerokosmik xidmətlərin dünya bazarına çıxarılmasını, aerokosmik elm və texnikanın müvafiq sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq keçməsini təşkil və təmin etməkdən ibarətdir.

MEDİA

MEDİA

NASA.AZ

NASA.AZ

Kosmosda dialoqu olmur! Kosmosda yalnız monoloqlar mümkündür!

BİZİMLƏ ƏLAQƏ

BİZİMLƏ ƏLAQƏ

AŞAĞIDAKI VASİTƏLƏRDƏN İSTİFADƏ EDƏRƏK BİZİMLƏ ƏLAQƏ SAXLAYA BİLƏRSİNİZ

    Tel ; +(994 12) 562 93 87; +(994 12) 562 17 38

    Ünvan AZ1115, Azərbaycan Respublikası, Bakı şəhəri, S.S.Axundov küçəsi