Karyera

“Milli Aerokosmik Agentliyin” fəaliyyəti 1974-cü ildən bu günümüzə kimi kosmik elmin inkişafında böyük rol oynamışdır. Rəqəmsallaşan dünyamızda kosmik sahə ən perspektivli sahələrdən biri sayılır. Biz innovativ layihələrin inkişafına önəm verən, layihələri çox olan, yeni nailiyyətlərə istiqamətlənən və daima inkişafda olan bir təşkilat kimi bilik,  bacarıq və təcrübəsinə güvənən insanları işə cəlb etməkdə maraqlıyıq. Bizimlə birlikdə karyeranızı qurmaq istəyirsinizsə,  iş üçün müraciət formasını doldurun.

    Sizin ixtisasınız, iş təcrübəniz və bacarıqlarınız bizim tələblərə uyğun gələrsə, o zaman sizinlə telefon vasitəsi ilə əlaqə saxlanılacaq və işə qəbul prosesinə ilk dəvət alacaqsınız