AMEA-nın 29 may 1979-cu il tarixli Qərarı ilə MAKA-da aspirantura (indiki doktorantura) şöbəsi yaradılmış, bununla da kadr hazırlığının təşkili üçün yeni mərhələ başlanmışdır.
MAKA-da ali təhsilin doktorantura səviyyəsində təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.
Hal-hazırda MAKA-nın doktorantura və dissertanturasında 11 ixtisas üzrə 36 nəfər doktorant və dissertant təhsil alır. Onlardan 31 nəfəri fəlsəfə doktoru proqramı (19 doktorant, 12 dissertant), 5 nəfəri isə elmlər doktoru proqramı üzrə dissertant kimi fəaliyyət göstərir.
Doktorantura və dissertantura üzrə kadr hazırlığı aşağıdakı ixtisaslar üzrə aparılır:
2307.01 – Fiziki kimya
2426.01 – Ekologiya
3311.01 – Cihazqayırma texnologiyası
3313.01 – Maşınqayırma texnologiyası
3324.02 – Yer kürəsinin aerokosmik tədqiqatları,fotoqrammetriya
3324.07 – Məsafədən aerokosmik tədqiqatlar
3325.02 – Radiotexnika,radionaviqasiya, radiolokasiya, televiziya sistemləri
3328.01 – Xüsusi əməliyyatlar texnologiyası
3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri
3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
3361.01 – Bərk cism elektronikası, radioelektron komponentləri, mikro və nanoelektronika