Soyad, ad, ata adı
Cavadov Natiq Hacı oğlu
 
Anadan olduğu yer
Ağdam rayonu
 
Təvəllüdü (gün, ay, il)
08.03.1955
 
Bitirdiyi ali təhsil müəssisəsi
Bakı Dövlət Universiteti, Fizika fakültəsi
 
Elmi dərəcəsi
Texnika elmləri doktoru
 
Elmi adı
Professor
 
Namizədlik (fəlsəfə doktoru) dissertasiyasının mövzusu:
Atmosferdə ozonun miqdarının məsafədən ölçülməsi metodikasının və onun əsasında yüksək dəqiqliyə malik olan filtrli ozonometrin işlənib hazırlanması
–         ixtisas şifri
3324.07
–         ixtisasın adı
Məsafədən aerokosmik tədqiqatlar
 
Doktorluq dissertasiyasının mövzusu:
Atmosferin məsafədən zondlama aparaturalarının etibarlığının 
və miniatürlük dərəcəsinin artırılması
–         ixtisas şifri
3361.01, 3324.07
–         ixtisasın adı
Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika.
Məsafədən aerokosmik tədqiqatlar,
 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
250-dən artıq elmi məqalə, o cümlədən 1 dərslik, xaricdə: məqalə (İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya, Latviya, Danimarka, Finlandiya və s.) nəşr edilmişdir
–   Xaricdə çıxmış elmi əsərlərinin sayı
90-dan artıq
–        Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
50-dən artıq
 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
1 müəlliflik şəhadətnaməsi və 2 patent
 
Kadr hazırlığı:
 
–   fəlsəfə doktorlarının sayı
5
–   elmlər doktorlarının  sayı
 
3 nəfərin elmi məsləhətçisi,
Hal-hazırda rəhbər (məsləhətçi) 
olduğu doktorantların sayı
  • 2 nəfər (elmi məsləhətçi)
  • 1 nəfər (elmi rəhbər)
 
Əsas elmi nailiyyətləri
– Qeyri-elektrik kəmiyyətlərin yeni mikroelektron çeviricilərinin texnologiyasının işlənilməsi və layihələndirilməsi sahəsində qarşıya çıxan problemlər, o cümlədən lövhələrin işçi tərəfində infraqırmızı qeyri-kohorent impulslarla şüalanma yolu ilə yaradılmış mərkəzlər vasitəsilə qüsurların planar hetterləşdirilməsi  və günəş enerjisinin çevrilməsi effektliyinin artırılması məqsədilə polikristallik silisium lövhələrinin emalının sürətli termiki impuls rejimlərinin optimalladırılması məsələləri həll edilmişdir. 
– İşıqlandırma rejimləri ilə tənzimlənən diferensial mənfi müqavimətli polisilisium lövhələrin N-şəkilli sahəsinin voltamper xarakteristikalarında yaranan yeni effektin fiziki mexanizmi aşkarlanmışdır.
– Neqatron elementlərinin yaradılmasının konstruktiv-texnoloji və sxemotexniki üsulları inkişaf etdirilmiş və məlumatların məsafəyə ötürülməsi məqsədilə həssas elementlərin siqnallarının tezliyə çevrilməsi üçün sxemlər işlənilmişdir.
–   Aerozol korreksiyasını nəzərə alaraq, aerozolun zəifləməsini istisna etməyə imkan verən filtr ozonometrlərinin tətbiqi ilə ozonun tərkibinin optimal ölçülməsi üçün metodika və alqoritm işlənilmişdir. 
 
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
  • Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü (2006-h/h), 
  • “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü (2009-h/h).
  • Beynəxalq Akademik Akkreditasiya və Attestasiya Komitəsinin Azərbaycan Respublikası üzrə nümayəndəsi (2014-h/h).
  • Moskvada nəşr edilən “Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə” Elmi-Texniki jurnalının redaksiya heyyətinin üzvü (2011-h/h).
  • Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü (2003-h/h).
  • Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademiki (1998-h/h).
 
Pedaqoji fəaliyyəti
AzTU-nun professoru
 
Digər fəaliyyəti
  • Azərbaycan Respublikasının Prezidenti yanında AIi Attestasiya Komissiyasının “Texnika elmləri” ixtisası üzrə ekspert şurasının üzvü (2012-2016), şuranın sədri (2016-h/h).
  • “Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri” elmi jurnalının baş redaktoru (2019-h/h).
  • Akademiyanın Nəzarət Təftiş Komissiyasının sədri (2011-h/h).
  • “Xüsusi Texnika və Texnologiyalar” jurnalının baş redaktoru.
 
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir
 
Vəzifəsi
Milli Aerokosmik Agentliyinin baş direktoru
 
Elektron poçtu
cavadov-natiq@mail.ru