30 aprel 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “İqlim Dəyişikliyi ilə Mübarizə və “Yaşıl Dünya”: Araşdırma və Tətbiqlər” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda Milli Aerokosmik Agentliyinin Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun əməkdaşları: elmi katib, t.ü.f.d. Nairə Xansuvar qızı Mustafazadə, “Ölçmə sistemlərinin yaradılması şöbəsi”-nin rəis müavini Xuraman Cəmil qızı Məmmədova, elmi işçisi Lalə Vaqif qızı Əhmədli, kiçik elmi işçisi Humay Elman qızı Kamallı, mühəndisi Əfsanə Həsən qızı Cəfərova, mühəndisi Aytac Yadulla qızı Məmmədova, texniki Əzət Azər qızı Abdullayeva iştirak etmişlərdi. Konfransda t.ü.f.d. Nairə Xansuvar qızı Mustafazadə “Fövqəladə hallarda ətraf mühitin monitorinqi və ekoloji təhlükəsizlik sistemləri” və Əzət Azər qızı Abdullayeva “İşğaldan azad olunmuş ərazilərdə hərbi əməliyyatların radioekoloji vəziyyətə təsiri” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
Konfrans iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.