Milli Aerokosmik Agentliyində Doktorantura Qəbul

586
0
Share:

 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 

Milli Aerokosmik Agentliyi 

Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli, 275s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2025-ci il üçün doktorant hazırlığı üzrə qəbul planları”na əsasən Milli Aerokosmik Agentliyi 2025-ci il üçün aşağıdakı ixtisaslar üzrə doktoranturaya qəbul elan edir.

Qəbul planı:



Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dil, fəlsəfə və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanlarında iştirak edirlər. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayan (xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan) şəxslər  fəlsəfə fənni üzrə imtahanda, fəlsəfə fənni üzrə “məqbul” qiymət alan şəxslər isə ixtisas fənni üzrə imtahanda iştirak etmək hüququ əldə edirlər. 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya sənədlərin qəbulu 13 may 2025-ci il tarixində başlayıb, 02 iyun 2025-ci il tarixində başa çatacaqdır. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS)” vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.

Portalda qeydiyyatdan keçməyən və “imtahana buraxılış” statusu almayanların adı xarici dil imtahanında iştirak üçün Dövlət imtahan Mərkəzinə göndərilməyəcəkdir. 

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə və ixtisas fənləri üzrə qəbul imtahanının keçirilməsi 2025-ci il sentyabr ayında nəzərdə tutulmuşdur.

Qəbul Komissiyası tərəfindən doktoranturaya qəbul olmaq istəyən şəxslərin sənədləri yoxlanılır və ixtisas uyğunluğu müəyyən edilir.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • Ərizə (doktoranturanın fəaliyyət göstərdiyi təşkilatın rəhbərinin adına);
  • Kadrların şəxsi qeydiyyat vərəqi (3×4 sm ölçüdə 4 ədəd fotoşəkillə birlikdə);
  • Tərcümeyi-hal;
  • İş yerindən xasiyyətnamə;
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun surəti (xarici ölkələrdə təhsil almış  

    Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması  

     haqqında şəhadətnamə);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, Cambridge English Qualifications, TestDaf, DELF/DALF, STANAG – olduğu halda).

Qeyd: Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına malik olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyini Dövlət İmtahan Mərkəzi müəyyənləşdirir.

Az1106, Bakı şəhəri, 8-ci mikrorayon, 3123 məh., S.S Axundov küç.1.

Tel: (012) 562-96-07

https://nasa.az

Share: