XOCALI SOYQIRIMINI UNUTMA!

171
0
Share:

26  fevral  2025-ci il  tarixində Milli  Aerokosmik  Agentliyində (MAKA)  Xocalı  Soyqırımının 33-cü il dönümünə həsr edilmiş anım tədbirində  MAKA-nın və tabe təşkilatlarının  əməkdaşları  iştirak etmişlər. 

MAKA-nın baş direktoru, professor  Natiq Cavadov,  tədbiri  giriş sözü ilə açdıqdan sonra Xocalı  Soyqırım qurbanları   əbədi   xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.  O  çıxış edərək bildirdi ki,  Xocalı faciəsi  ermənilərin   Azərbaycan    xalqına  qarşı törətdikləri  20-ci əsrdə qeyri-insani olan  ən dəhşətli hadisə kimi qiymətləndirilməlidir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən  613  nəfər  öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir  və həqarətlərinə məruz  qalmışlar. 150  nəfərin  taleyi  hələ  də  məlum  deyil.

Müzəffər Ali  Baş  Komandan, möhtərəm Prezidentimiz  İlham  Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan  Böyük  Zəfər  nəticəsində  Xocalı  soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə  qalmadı.  2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal  xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Dövlət başçımız 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın  Dövlət  Bayrağını ucaltmaqla soyqırım qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. 

Tədbirin  sonunda  “Xocalı Soyqırımını Unutma”  filmi  nümayiş  olundu. 

Share: