DİSSERTASİYA İŞİNİN ELMİ SEMİNARI KEÇİRİLMİŞDİR

68
0
Share:

17 fevral 2025-ci il tarixində Milli Aerokosmik Agentliyinin nəzdində fəaliyyət göstərən FD 1.38 Dissertasiya Şurasında Türanə Kamil qızı Daşdiyevanın 2426.01 –  “Ekologiya” ixtisasında “Neftin ilkin hazırlanması şəraitində lay sularının neftdən təmizlənməsi üçün nanodeemulqatorların işlənib hazırlanması və tətbiqi” adlı dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İddiaçı T.K. Daşdiyeva dissertasiya işinin aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında seminar iştirakçılarına qısa məlumat verərək, sualları cavablandırmışdır.

Müzakirənin sonunda dissertasiyanın müdafiəyə tövsiyə edilib-edilməməsinə dair gizli səsvermə keçirilmişdir.

Elmi seminarda keçirilən gizli səsvermənin nəticələrinə əsasən Türanə Kamil qızı Daşdiyevanın təqdim etdiyi dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktorluğu dissertasiyasına qoyduğu tələblərə cavab verdiyi və onun 2426.01 – “Ekologiya” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alamağa layiq olduğu qəbul edilmişdir. Seminar üzvləri tərəfindən iddiaçının növbəti mərhələyə buraxılması tövsiyə olunmuşdur.

Share: