2025-ci yanvarın 29-da Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində Milli Aerokosmik Agentliyinin (MAKA) əməkdaşı, Yeni Azərbaycan Partiyasının Binəqədi MAKA ərazi ilk partiya təşkilatının sədr müavini Mirzəyeva Həcər Niyazi qızının namizədliyi irəli sürülmüşdür. Keçirilən seçkinin nəticəsində əməkdaşımız bələdiyyə üzvlüyünə seçilmişdir.
MAKA-nın kollektivi əməkdaşımızı təbrik edir və ona gələcək ictimai-siyasi fəaliyyətində uğurlar arzulayır.