MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ DİREKTORLAR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

107
0
Share:

28.01.2025-ci il tarixində Milli Aerokosmik Agentliyində Direktorlar Şurasının iclası keçirilmişdir. İclasda MAKA-nın baş direktorunun müavinləri, tabe təşkilatların rəhbərləri və aparatın məsul əməkdaşları iştirak etmişlər. Direktorlar Şurasının sədri, MAKA-nın baş direktoru, professor Natiq Cavadov iclası giriş sözü ilə açıq elan edərək, gündəlik haqqında məlumat vermişdir. 

Direktorlar Şurasının sədr müavini, MAKA-nın baş direktorunun I müavini, professor Tofiq Süleymanov 2024-cü il ərzində MAKA-nın tabe təşkilatlarının elmi-təşkilatı fəaliyyətinin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr barədə məruzə etmişdir.

Məruzə ətrafında çıxış edən MAKA-nın Mühasibatlıq bölməsinin rəisi Xəyalə Hüseynova, tabe təşkilatların rəhbərləri – Fəxrəddin Ağayev, Elçin İsgəndərzadə, Bəhram Əliyev, Namiq Muradov, Ağababa İbrahimov 2024-cü il ərzində həyata keçirilmiş tədbirlər barədə məlumat vermişlər. 

İclas zamanı cari məsələlər ətrafında müzakirələr aparılmışdır.



Share: