VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİMİZİN DOĞUM GÜNÜDÜR

77
0
Share:

Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Nurlan Zeynalovun ad günü münasibətilə anım mərasimi keçirildi.

25 noyabr 2024-cü il tarixində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin əməkdaşı Nurlan Rəfayıl oğlu Zeynalovun doğum günü məzarı başında qeyd edildi. Anım mərasimində Milli Aerokosmik Agentliyin əməkdaşları, Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak etdilər.

Nurlan Zeynalov 9 noyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Şəhidimiz Sabirabad şəhərində dəfn olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

Şəhidlər ölməz, Vətən bölünməz!



Share: