“YAŞIL VƏ RƏQƏMSAL TRANSFORMASİYALAR: QARŞILIQLI TƏSİRLƏRİ, POZİTİV VƏ NEQATİV ASPEKTLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANS

105
0
Share:

 

        7 noyabr 2024-cü il tarixində İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu və Radiasiya Problemləri İnstitutu birlikdə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirib.  

        Konfransda Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov, Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev çıxış edərək, yaşıl iqtisadiyyata keçid, iqlim dəyişiklikləri və s. problemlərin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında Süni intellekt,  həmçinin işğaldan azad olunmuş ərazilərin ekoloji problemləri və onların aradan qaldırılması yolları kimi aktual məsələlərdən danışdılar. 

Share: