MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ QEYD OLUNDU

574
0
Share:

Milli Aerokosmik Agentliyində (MAKA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. 

Tədbirdə əvvəlcə MAKA-nın inzibati ərazisində yerləşən I və II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşların xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş “Şəhidlər Memorial Abidə Kompleksi” ziyarət edildi. Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə MAKA-nın baş direktoru, professor Natiq Cavadov, agentliyin rəhbər işçiləri, II Qarabağ müharibəsində şəhid olmuş MAKA-nın əməkdaşı Nurlan Zeynalovun valideynləri həmçinin Vətən müharibəsi qaziləri və kollektiv üzvləri iştirak etdilər. 

MAKA-nın baş direktoru, professor Natiq Cavadov Zəfər Günü haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək qeyd etdi ki, bugün Azərbaycanın 33 illik müstəqil tarixinin ən şərəfli günüdür. Azərbaycan XXI əsrdə yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa etmişdir. Vətən müharibəsində dünya hərb tarixinə yenilik kimi daxil olan və indiki dövrə qədər rast gəlinməyən xüsusi əməliyyat həyata keçmişdir ki, bu taktika və strategiyalar beynəlxalq hərbi ekspertlər tərəfindən hələ də ciddi təhlil olunur və öyrənilir. 

Daha sonra Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor Elçin İsgəndərzadə çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Qarabağımıza qovuşduğumuzu və uzun illər davam edən münaqişəyə ölkəmizin möhtəşəm Qələbəsi ilə nida qoyulduğunu, müasir tariximizdə ən əlamətdar və tarixi bir hadisə olaraq ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanmasını sevinc və təntənə ilə qeyd edildiyini bildirmişdir.

Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun Süni intellekt sistemləri şöbəsinin rəisi Əli Əmirov Zəfər Gününə həsr etdiyi şeirini tədbirdə səsləndirdi.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

Share: