18 oktyabr 2024-cü il tarixdə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda (TEKTİ) “Elmi–tədqiqat və təcrübi konstruktor işlərinin koordinasiyası” şöbəsinin rəisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Xasməmməd Əsədovun 70 illik yubleyi qeyd olundu.
TEKTİ-nin direktoru, professor Fəxrəddin Ağayev çıxışında yubilyari kollektiv adından bu əlamətdar gün münasibətilə təbrik edərək ona uzun ömür, can sağlığı və yaradıcılığında yeni uğurlar arzuladı. Milli Aerokosmik Agentliyin (MAKA) baş direktorun I müavini, professor Tofiq Süleymanov çıxış edərək MAKA rəhbərliyi adından Xasməmməd Əsədova “Fəxri Fərman” təqdim etdi. Daha sonra TEKTİ-nin Elmi katibi Nairə Mustafazadə, şöbə rəisi Həmzə Əfəndiyev və başqaları çıxış edərək, X.Əsədovun sadəlik, təvazökarlıq, qayğıkeşlik kimi insani kefiyyətlərindən, elmi-texniki potensialından, bir həmkar kimi müsbət cəhətlərindən söz açdılar, yubilyara öz xoş arzularını bildirdilər.
Sonda çıxış edən Xasməmməd Əsədov göstərilən diqqətə görə kollektivə öz minnətdarlığını bildirdi.