MİLLİ AEROKOSMİK AGENTLİYİNİN ƏMƏKDAŞLARI “TEKNOFEST 2024” YARIŞMASINDA

402
0
Share:

18-20 sentyabr 2024-cü il tarixində Türkiyə Respublikasının Aksaray şəhərində 152 komandanın iştirakı ilə təşkil olunan və sonda 15 komandanın iştirak etdiyi “TEKNOFEST – 2024” Aviasiya, Kosmos və Texnologiya Festivalının “Model Peyk Yarışması” keçirilmişdir. 2-6 oktyabr tarixlərində Adana şəhərində keçirilən həmin festivalın final mərhələsində Milli Aerokosmik Agentliyinin (MAKA) əməkdaşları Əliağa Sahibcanov, Tahir Dibirov, Rəşad Əkbərov, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin sədri Ceyhun Xəlilov, “Elektron Hesablayıcı Maşınları zavodu” MMC-nin mühəndis-texnoloqu Sabrina Eminli, “Bakı Cihazqayırma zavodu” MMC-nin konstruktoru Zeynal Qənbərov və Milli Aviasiya Akademiyasının tələbəsi Ülvi Babayev “ORION”  model peyk komandası adı altında Azərbaycan Respublikasını layiqli təmsil edərək yarışmada ikinci yerə layiq görülmüş və mükafatla təltif olunmuşlar.

   “ORION” komandası Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və Milli Aviasiya Akademiyasının dəstəyi sayəsində öz layihələrini davam etdirmək imkanı əldə etmişdir.

MAKA-nın kollektivi “ORION” komandasının bütün üzvlərini  bu yüksək nailiyyət münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayır. 

Share: