MİLLİ AEROKOSMİK AGENTLİYİ İLƏ ASELSAN ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

191
0
Share:

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) ilə Türkiyə Respublikasının “ASELSAN” şirkəti arasında 24 sentyabr 2024-cü il tarixində Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu MAKA-nın baş direktoru, professor Natiq Cavadov və ASELSAN-ın baş direktoru Ahmet Akyol imzalayıblar. İmza mərasimi ölkəmizdə keçirilən “ADEX – 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində baş tutmuşdur. İmza mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Vüqar Mustafayev və Türkiyə Respublikasının müdafiə sənayesi naziri cənab Haluk Görgün iştirak etmişdir. Sənədə əsasən, tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq və imkanlarını birləşdirərək “Radioelektron mübarizə vasitələrinin (REM) birgə yaradılması” istiqamətində əməkdaşlıq edəcəklər.

Share: