MAKA-nın əməkdaşı “ADEX-2024” sərgİsİndə keçİrİlən panel müzakİrədə çıxış edİb

165
0
Share:

“ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. 

AzTU-nun rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən panel müzakirədə Azərbaycan Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev, Türk Aerokosmik Sənayesinin beynəlxalq proqramlar üzrə məhsul meneceri Yasin Kaygusuz, AzTU-nun Sənaye Sistemləri və Kibertəhlükəsizlik İnstitutunun direktoru Manafəddin Namazov, Milli Müdafiə Universiteti nəzdində Hərbi İdarəetmə İnstitutunun rektor müavini Əsəd Rüstəmov və Müdafiə Sənayesi Nazirliyi nəzdində Milli Aerokosmik Agentliyinin (MAKA) Məsafədən zondlamanın              optik-elektron cihazları şöbəsinin rəisi Günel Əliyeva mövzu haqqında təqdimatla çıxış ediblər. Məruzəçilər  müdafiə sənayesi və avtomatika sahəsində görülmüş və görüləcək işlər, ən son trendlər, universitet-sənaye işbirliyi istiqamətində təcrübələrini bölüşüblər. 

Panelin sual-cavab sessiyasında süni intellekt və kibertəhlükəsizlik sahəsində etik çağırışlar barədə məruzəçilərlə dialoq formatında müzakirələr aparılıb.

Sonda panelin moderatoru və məruzəçilərinə sertifikat təqdim olunub.

Share: