ELM VƏ TƏHSİL NAZİRLİYİNİN XALQ TƏHSİL MUZEYİNDƏ SEMİNAR KEÇİRİLİB

79
0
Share:

20 sentyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Xalq Təhsil muzeyində “Tədris müəssisələrində ekoloji tərbiyənin təşkili yolları və ekomədəniyyətin formalaşdırılması” mövzusunda seminar keçirilib.

Seminarda Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutunun “Təbii dağıdıcı və səhralaşma proseslərin monitorinqi” şöbəsinin rəis müavini Hacıyev Teymur Akif oğlu “Ətraf mühitin qorunmasında ekoloji mədəniyyətin təbliğinin rolu” məruzəsi ilə çıxış edib. Məruzədə Azərbaycan  Respublikasında son 30 ildə baş vermiş ekoloji dəyişikliklər haqqında, həmçinin ekoloji gərginliyi yaradan səbəblər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib. Bundan əlavə O, təmsil etdiyi qurum və onun fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi. Məruzəçi mövzu ilə əlaqəli verilən sualları ətraflı cavablandırdı.

Share: