PROFESSOR NATİQ CAVADOV BEYNƏLXALQ ELMLƏR AKADEMİYASININ HƏQİQİ (AKADEMİK) ÜZVÜ VƏ “AEROKOSMİK ELMLƏR VƏ TEXNOLOGİYALAR” BÖLMƏSİNİN SƏDRİ SEÇİLMİŞDİR

288
0
Share:

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin Baş Assambleyası və “COP29 Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşıl gündəm” adlı Beynəlxalq Multidissiplinar Simpozium keçirilmişdir.

Baş Assambleyanın və Beynəlxalq Simpoziumun işində ABŞ, Fransa, İtaliya, Rusiya, Türkiyə, Çin, Qazaxıstan, Gürcüstan daxil olmaqla 23 ölkədən nümayəndə heyəti iştirak etmişdir.

Baş Assambleyanın işində Akademiyanın illik hesabatı dinlənilmiş, rəhbər orqanlara seçkilər keçirilmiş, “Science without borders” kitabının, “Asia of the future” Beynəlxalq Jurnalının ilk sayının təqdimatı keçirilmiş və Beynəlxalq Elmlər Akademiyasının Həqiqi və Müxbir üzvlərinə diplomlar və döş nişanları təqdim edilmişdir.

MAKA-nın Baş direktoru professor Natiq Cavadov Beynəlxalq Elmlər Akademiyasının Həqiqi (Akademik) üzvü və “Aerokosmik Elmlər və Texnologiyalar” Bölməsinin sədri seçilmişdir.

Share: