26-27 avqust 2024-cü il tarixlərində Monteneqronun Budva şəhərində Azərbaycan “Zadə İrsi və Süni İntellekt” Assosiasiyası, Milli Aerokosmik Agentliyi (MAKA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Siegen Universiteti (Siegen, Almaniya), Texas Universiteti (San Antonio, ABŞ), Corciya Dövlət Universiteti (Atlanta, ABŞ), Alberta Universiteti (Kanada), Toronto Universiteti (Toronto, Ontario, Kanada), Polşa Elmlər Akademiyası (Polşa) və Yaxın Şərq Universiteti (Şimali Kipr) təşkilatlarının birgə təşkil etdikləri “12 th International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perception and Artificial Intelligence” Beynəlxalq konfransı keçirilmişdir.
Konfransın Elmi komitəsi Rafiq Əliyev (sədr), Prof. J. Kacprzyk (həmsədr), Prof. M.Cəmşidi (həmsədr), Prof. W. Pedrycz (həmsədr), Prof. N.H. Cavadov, Prof. F. S. Sadıkoğlu və digər görkəmli alimlərdən təşkil olunmuşdur.
Konfrans görkəmli Azərbaycan alimi Lütfi Zadənin xatirəsinə həsr edilmişdir. Konfransda 30-dək ölkədən o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, Kanada, Polşa, Fransa, Şimali Kipr, Rusiya, Yunanıstan, Rumıniya, İtaliya, Qazaxstan və İrandan tanınmış alimlər və gənc tədqiqatçılar iştirak etmişdir.
Konfrans öz işini “Soft Computing nəzəriyyəsi və tətbiqi”, “Süni intellekt”, “Qeyri-səlis məntiq və humanitar elmlər” bölmələri üzrə həyata keçirmişdir.
Konfransda MAKA 2 məqalə ilə iştirak etmişdir:
1) N. Javadov, A. Azizova, E. Isgenderzade. “Method for Multi-wave Photometric Determination of Fractal Dimension of Clouds”.
2) E. Isgenderzade, Sh. Akhmedli Davudova, I. Mammadova, U. Islamova. “Issues of Metrological Assurance of Coordinate Measuring Machine”.
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Konfransın materialları Springer nəşriyyatı tərəfindən dərc olunaraq, Scopus, və Web of Science elmmetrik bazalarında yerləşdiriləcəkdir.