Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində iyulun 25-də Milli Aerokosmik Agentliyində (MAKA) qanvermə aksiyası keçirildi.
Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasına könüllü olaraq qatılan Müdafiə Sənayesi Nazirliyinin və tabe təşkilatların əməkdaşları iştirak etdilər.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş tibb briqadasının həkim-hemotoloqları əməkdaşların sağlamlıq durumunu qiymətləndirdikdən sonra onların aksiyada iştirak etmələrinə icazə verdilər.
Qeyd olunmalıdır ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyyacı olan insanların müalicəsində istifadə olunacaqdır.