1-4 iyul 2024-cü il tarixlərində Milli Aerokosmik Agentliyinin (MAKA) tabe təşkilatlarının Elmi-Texniki Şuralarının iclaslarında (Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosu, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu və Ekologiya İnstitutu) cari ilin altı ayının yekunları müzakirə olunmuşdur. İclaslarda elmi-tədqiqat, elmi-təşkilati fəaliyyət, konfrans və seminarlarda iştirak, nüfuzlu elmi jurnallarda dərc olunan məqalələr ilə bağlı məlumat verilmişdir. Hesabatların müzakirəsində MAKA aparatının əməkdaşları da iştirakı etmiş, şöbələrin fəaliyyəti müsbət qiymətləndirilmiş, onların işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verilmişdir.
İclaslarda MAKA-nın baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov iştirak etmiş, görülən işlərlə maraqlanmışdır.
Elmi-Texniki Şuranın hesabat iclaslarına MAKA-nın baş direktorunun I müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov sədrlik etmişdir.