21 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin (MAKA) kollektivi MAKA-nın yaradıcısı, görkəmli alim, dövlət xadimi Tofiq İsmayılovun anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət etmişdilər.
Ziyarət iştirakçıları mərhumun məzarı üzərinə əklil və gül dəstələri qoyduqdan sonra, MAKA-nın baş direktoru professor Natiq Cavadov akademik Tofiq İsmayılov haqqında öz xatirələrini bölüşərək, onun kosmik sənaye üçün əvəzolunmaz bir şəxsiyyət olduğunu vurğuladı.
Daha sonra, akademik Tofiq İsmayılovun məzarı ətrafında xatirə şəkli çəkildi.