20 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyinin akademik Tofiq İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda (TEKTİ) Təbii fiziki proseslərin riyazi modelləşdirməsi şöbəsinin baş elmi işçi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ramidə Yunis qızı Ələkbərovanın 80 illik yubileyi qeyd olunmuşdur. TEKTİ-nin direktoru Fəxrəddin Ağayev və institutun əməkdaşları yubliyarı təbrik etmiş və yubliyar haqqında xoş sözlərini söyləmişlər.
Tədbirdə Ramidə Ələkbərovaya fəxri fərman, gül çələngi təqdim olunmuşdur.