MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ II STARTAP TƏLİMİ KEÇİRİLMİŞDİR

321
0
Share:

 

14 iyun 2024-cü il tarixində Milli Aerokosmik Agentliyi (MAKA) və Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyinin (YTİD) birgə təşəbbüsü ilə “Hardware Startup təsisçilərinin buraxdığı 7 kritik səhv” mövzusunda II startap təlimi keçirilmişdir. Təlimdə MAKA-nın tabe təşkilatlarının əməkdaşları iştirak etmişlər. Çıxış edən YTİD-nin sədri Ceyhun Xəlilov qeyd olunan mövzu ilə bağlı ətraflı məlumat vermişdir. 

Təlimin növbəti hissəsində “Hardware Startup”ları üzrə təlimçi Ceyhun Xəlilov MAKA və tabe təşkilatları maraqlandıran  “Süni intellektin istehsalat avtomatlaşdırılmasında istifadəsi”, ”İnvestorları maraqlandıran ideyalar”, “Uğursuz startapların səbəbləri”, “Startap layihələrinin patentləşdirilməsi və bazara çıxarılması”, ”Təqdim olunan startap layihələrinin geniş auditoriyalarda müzakirəsi” və ”İnvestorlarla əlaqənin yaradılması” mövzularına  aydınlıq gətirmişdir. 

Təlim diskussiya şəklində davam etmiş və əməkdaşları maraqlandıran suallar cavablandırılmışdır.

Növbəti III təlimin keçirilməsi nəzərdə tutulmuşdur.

Share: