BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLMİŞDİR

125
0
Share:

  16 – 17 may 2024-cü il tarixlərində Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş “Qlobal iqlim dəyişikliyi və Azərbaycan müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Elmi konfrans 12 bölmədən ibarət olmuşdur və Qlobal iqlim dəyişikliyi üzrə ekokimyəvi tədqiqatlar, qlobal iqlim dəyişikliyi üzrə ekocoğrafi tədqiqatlar, qlobal iqlim dəyişikliyinin Azərbaycanın biomüxtəlifliyinə təsiri, qlobal iqlim dəyişikliyinin Azərbaycanın torpaq örtüyünə təsiri, Azərbaycanın müasir ekosisteminin yaxşılaşdırılmasının həlli yolları, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının müasir ekosistemi, yaşıl iqtisadiyyat və davamlı inkişaf, yaşıl təhsil və davamlı öyrənmə, bərpa olunan və yaşıl enerji, ağıllı kəndlər və şəhərlər, torpaqların münbitliyinin müasir problemləri və torpaqların kadastrı, monitorinqi və səmərəli istifadəsinin müasir problemləri kimi mövzuları əhatə etmişdir.

Konfransda tezisləri qəbul olan Milli Aerokosmik Agentliyinin (MAKA) əməkdaşları  öz mövzularını əhatə edən bölmələrə uyğun olaraq çıxışlarını etmişlər və tezisləri barədə ətraflı məlumat vermişlər. Daha sonra əməkdaşların çıxışları ətrafında geniş müzakirələr aparılmış və konfrans  iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Share: