EKOLOGİYA İNSTİTUTUNUN DİREKTORU PROFESSOR BƏHRAM ƏLİYEV AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ TƏRƏFİNDƏN TƏŞKİL OLUNMUŞ COP 29-LA BAĞLI ELMİ SEMİNARDA ÇIXIŞ ETMİŞDİR

255
0
Share:

16 may 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində COP 29-la bağlı elmi seminar keçirildi. Elmi seminara  Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru professor Bəhram Hüseyn oğlu Əliyev dəvət olunmuşdur. Elmi seminarda B.H.Əliyev Azərbaycanın müasir ekoloji problemləri və onların həlli yolları barədə hazırladığı konsepsiyanı təqdimat formasında böyük auditoriya qarşısında təqdim etdi. Bəhram Əliyev elmi seminarda respublikamızı, həmçinin dünyanı narahat edən müasir ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yolları, ekoloji təhlükəsizlik və idarəetmə, ətraf mühitin ekoloji monitorinqinin konsepsiyası, eyni zamanda ekoloji menecmentliyinin səmərəliliyi və ekoloji audit barədə geniş məlumat verdi. Bəhram müəllimin dolğun və hərtərəfli məruzəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.

Çıxışdan sonra mövzu ətrafında müzakirə aparıldı və məruzəçi tərəfindən auditoriyanın sualları cavablandırıldı.

Elmi seminarın sonunda professor Bəhram Əliyevin müəllifi olduğu “Azərbaycanda ekoloji problemlər və onların həlli yolları” dərs vəsaitinin təqdimatı keçirildi.

Share: