Müdafİə sənayesİ nazİrİ Vüqar Mustafayev Mİllİ Aerokosmİk Agentlİyİndə

510
0
Share:

18 may 2024-cü il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri cənab Vüqar Mustafayev Milli Aerokosmik Agentliyinin (MAKA) Kosmik Cihazqayırma Təcrübi Zavodunda (KCTZ) olmuşdur. Görüş zamanı cənab nazir MAKA-da və KCTZ-də müdafiə sənayesi üçün yerinə yetirilən  çox önəmli və əhəmiyyətli işlərlə tanış olmuşdur. MAKA-nın baş direktoru, professor Natiq Cavadov, Müdafiə Sənayesi Nazirliyi “Şərq İstehsalat Birliyi”nin baş direktoru İlqar Nəzərov, MSN-nin və MAKA-nın əməkdaşları tədbirdə iştirak etmişlər. Görüş zamanı zavodun əməkdaşları tərəfindən hazırlanmış “Gilavar” məmulatının təlim maketinin yüksək səviyyədə təqdimatı  keçirilmişdir. Təqdimat zamanı Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin üzvüləri və digər qonaqlar müxtəlif çaplı silahlardan təlim atışını yerinə yetirmişlər.

Sonda müdafiə sənayesi naziri  cənab Vüqar Mustafayev görülən işlərdən yüksək məmnunluğunu ifadə edərək agentliyin və zavodun əməkdaşlarına öz dəyərli tövsiyələrini vermişdir.




Share: