MİLLİ AEROKOSMİK AGENTLİYİ ELMİ-TƏDQİQAT AEROKOSMİK İİNFORMATİKA İNSTİTUTUNDA “CİS TEXNOLOGİYALARI: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR.

174
0
Share:

 

06 may 2024-cü il tarixində “Caucasus Geosurvey” Beynəlxalq təşkilatının sədri, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq dərəcəli eksperti, coğrafiya üzrə fəlsəfə doktoru Rauf Əmənov tərəfindən Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun “Coğrafi informasiya sistemləri texnologiyaları”, “Kosmik təsvirlərin emalı və elektron xəritələşmə”, “İnnovasiya texnologiyaları və aerokosmik informasiya sistemləri” və “Strateji texnologiyaların layihələndirilməsi və tətbiqi” şöbələrinin əməkdaşlarının iştirakı ilə “CİS Texnologiyaları: problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir. 

Elmi seminarda müasir Coğrafi informasiya sistemləri texnologiyaları haqqında, onların aktuallığı və çox geniş istifadə spektri, əhəmiyyəti, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin müxtəlif səviyyəli monitorinqlərinin aparılması proseslərində vacibliyi haqqında məlumat verilmişdir. Elmi seminar zamanı institut əməkdaşlarını maraqlandıran suallar cavablandırılmış, eyni zamanda  “Caucasus Geosurvey” Beynəlxalq təşkilatı və ETAİİ arasında gələcəkdə gerçəkləşdiriləcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 



Share: