MİLLİ AEROKOSMİK AGENTLİYİ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLDİ

677
0
Share:

Aprelin 19-da Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının hesabat-seçki konfransı keçirildi.

Konfransda Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Təşkilatı Respublika Komitəsinin (MSİHİ RK) sədri Seymur Mahmudov, MSİHİ RK-nin sədr müavini İlqar Rəfiyev, MSİHİ RK-in əməyin hüquq müfəttişi Rəhim Əmişov və Milli Aerokosmik Agentkliyin baş direktoru, professor Natiq Cavadov iştirak etmişlər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin agentliyin foyesindəki büstü önünə, I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyuldu.

Konfrans Ümummili lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişmiş agentliyin işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədovun və Təftiş Komissiyasının sədri Ellada Məmmədovanın hesabatları dinlənildi. 

Tədbirdə çıxış edənlər komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğuladılar. 

Konfransda Şirin Məmmədov yenidən Milli Aerokosmik Agentliyi Həmkarlar İttifaqı Təşkilatının sədri seçildi.

Share: