YUBİLEY – 60 İL

190
0
Share:

18 mart 2024-cü il tarixində Milli Aerokosmik Agentliyində (MAKA) Kadrlar şöbəsinin rəisi Mahir Cəfərovun 60 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

MAKA-nın baş direktoru, professor Natiq Cavadov yubilyarı kollektiv adından təbrik edərək, can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzu etmiş, Fəxri Fərman təqdim etmişdir.

Tədbirin davamında yubilyara xoş ürək sözlərini çatdıran həmkarları ömrün bu kamillik zirvəsində ona yeni-yeni nailiyyətlər arzuladılar.

Sonda Mahir Cəfərov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə MAKA-nın baş direktoru, professor Natiq Cavadova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Share: