MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

176
0
Share:

Milli Aerokosmik Agentliyində (MAKA) Tofiq İsmayılov adına kabinet muzeyində 01 mart 2024-cü il tarixində Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitunun (ETAİİ) təşkilatçılığı ilə  Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbin şagird və müəllimləri ilə görüş keçirilmişdir.

Görüşdə Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı orta məktəbin məzunu, “Şöhrət” ordenli, əməkdar hüquqşünas İkram Kərimov və Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Quliyev də iştirak etmişdir.

MAKA-nın baş direktorunun birinci müavini, professor Tofiq Süleymanov Milli Aerokosmik Agentliyin 50 illik inkişaf yolundan söhbət açmış, akademik Tofiq İsmayılovun həyat və yaradıcılığı barədə şagirdlərə məlumat vermişdir. 

ETAİİ-nin direktoru, professor Elçin İsgəndərzadə çıxış edərək ETAİİ-nin orta məktəb şagirdləri ilə sıx əməkdaşlığından, o cümlədən, Bakı şəhər 23 saylı tam orta məktəblə həyata keçirdikləri bir neçə uğurlu layihələrdən bəhs etmişdir.

İkram Kərimov Akademik Tofiq İsmayılovla bağlı xatirələrini bölüşərək,  məktəblilərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Muğan Quliyev öz çıxışında gənclərimizin dövlətimizin inkişafındakı və vətəndaş cəmiyyətində aktiv iştiraklarından, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin potensialından söz açmışdır. 

Sonda Elçin İsgəndərov  və 1 saylı orta məktəbin direktoru gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsində göstərdiyi xidmətlərə görə Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri diplomu ilə təltif olundular




Share: