7 mart 2024-cü il tarixində Milli Aerokosmik Agentliyi aparatında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirin açılışında professor Natiq Cavadov kollektivdə çalışan qadınları bayram münasibətilə təbrik etdi və gələcək həyatlarında uğurlar arzuladı.
Tədbirdə iştirak edən baş direktorun I müavini Tofiq Süleymanov, baş direktorun müavinləri Nazim Əliyev və Firdovsi Həsənov və Kadrlar şöbəsinin rəisi Mahir Cəfərov da təbriklərə qoşularaq öz ürək sözlərini söylədilər.
Sonda aparatda çalışan qadınların hər birinə gül dəstəsi hədiyyə edildi.
Tədbirdə iştirak edən baş direktorun I müavini Tofiq Süleymanov, baş direktorun müavinləri Nazim Əliyev və Firdovsi Həsənov, Həmkarlar İttifaqı Təşkilatının sədri Şirin Məmmədov və aparatın baş mütəxəssisi Mahir İmaməliyev da təbriklərə qoşularaq öz ürək sözlərini söylədilər. Sonda qadınlar adından çıxış edən aparatın baş mütəxəssisi Həcər Mirzəyevə qadınlara göstərilən diqqət və qayğıya görə MAKA-nın baş direktoru, professor Natiq Cavadova təşəkkürünü bildirdilər.