TƏLƏBƏLƏR MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ İSTEHSALAT TƏCRÜBƏSİ KEÇMİŞDİR.

175
0
Share:

Bir sıra ali təhsil ocaqlarında təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılması, gələcəkdə bir çox sahələrə savadlı kadrların cəlb edilməsi məqsədilə 2024-cü ilin fevral ayından başlayaraq bakalavr və magistrantlar Milli Aerokosmik Agentliyində (MAKA) istehsalat təcrübəsi keçməkdədir. İstehsalat təcrübəsi cari ilin may ayının sonunadək davam edəcəkdir.

MAKA-da tələbələrin istehsalat təcrübəsi keçməsi ənənəvi hal almışdır. Belə ki, 29.02.2024-cü il tarixində MAKA-nın Kosmik Cihazqayırma Məxsusi Konstruktor Bürosunda Texniki Universitetin bakalavr qrupları büronun mütəxəssisləri ilə görüşüb, onların kompyuter mühəndisliyi sahəsində mühazirələrini maraqlı təqdimatlarla izləmişdilər.

Share: