MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ “GƏNCLƏR GÜNÜ” MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLDİ

177
0
Share:

2 fevral 2024-cü il tarixində Milli Aerokosmik Agentliyin inzibati binasında yerləşən “Tofiq İsmayılov adına kabinet muzeyində” Azərbaycan Gənclər günü münasibətilə tədbir və Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun əməkdaşı, gənc həvəskar rəssam Mətanət Bayramovanın “Mənim rəngli dünyam” adlı rəsm sərgisi keçirilmişdir.

Tədbirdə MAKA-nın baş direktoru, professor Natiq Cavadov tədbir iştirakçılarını salamlayaraq,  bütün gəncləri təbrik etdi.

Baş direktor çıxışında qeyd  etdi ki, Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü kimi  qeyd  olunması ulu öndərimiz  Heydər Əliyevin  adı ilə  bağlıdır. 1996-cı  il  2  fevral  tarixində  Ümummilli lider Heydər  Əliyevin  dəstəyi  ilə  respublika  gənclərinin I Forumu keçirilmişdir.  Bu  forumdan bir il  sonra  isə H.Əliyev 2  fevral gününün  ölkədə  Gənclər  Günü  kimi  qeyd olunması  barədə  Sərəncam  imzalamışdır. 

Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, verilən mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.

Sonda MAKA-nın baş direktoru, professor Natiq Cavadov agentliyin bir qrup fəal gəncini Fəxri Fərmanla təltif etdi.

Share: