MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ DİREKTORLAR ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR

278
0
Share:

30.12.2024-cü il tarixində Milli Aerokosmik Agentliyində Direktorlar Şurasının iclası keçirilmişdir. İclasda MAKA-nın baş direktorunun müavinləri, tabe təşkilatların rəhbərləri və şöbə rəisləri iştirak etmişdir. Direktorlar Şurasının sədri, MAKA-nın baş direktoru, professor Natiq Cavadov iclası giriş nitqi ilə açıq elan edərək, gündəlik haqqında məlumat vermişdir. 

Direktorlar Şurasının sədr müavini, MAKA-nın baş direktorunun I müavini Tofiq Süleymanov 2023-cü il ərzində MAKA-nın tabe təşkilatlarının elmi-təşkilatı, istehsal fəaliyyətinin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr iclas iştirakçılarının nəzərinə çatdırmışdır.

Direktorlar Şurasının üzvü, MAKA-nın Maliyyə və mühasibat uçotu şöbəsinin rəisi Malik Muradov çıxış edərək, 2023-cü il ərzində MAKA-nın tabe təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələri haqqında məlumat vermişdir. 

İclas zamanı yeni təkliflərin dinlənilməsi, agentliyin gələcək strategiyası və cari məsələlər müzakirə olunmuşdur.

Share: