MİLLİ AEROKOSMİK AGENTLİYİNDƏ 60 – İLLİK YUBİLEY QEYD OLUNMUŞDUR

157
0
Share:

29 yanvar 2024-cü il tarixində Milli Aerokosmik Agentliyi Təbii Ehtiyyatların Kosmik Tədqiqi İnstitutunun elmi işlər üzrə direktor müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Ağayevə Kəmalə Sərdar qızının 60 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.  

Bu münasibətlə MAKA-nın baş direktoru, professor Natiq Cavadov yubilyarı kollektiv adından təbrik edərək, can sağlığı və yeni-yeni nailiyyətlər arzu etmiş, Fəxri Fərman və gül dəstələri təqdim etmişdir.

Tədbirdə çıxış edənlər yubilyara ürək sözlərini bildirib və 60 illik yubiley münasibətilə təbrik etmişdilər.

Sonda Kəmalə xanım çıxış edərək, ona olan diqqətə görə rəhbərliyə öz təşəkkürünü bildirmişdir.  

Share: