“Prezİdentİmİzİn sİyasətİnİn sayəsİndə bayrağımız Şərqİ Zəngəzurda və Qarabağımızda qürurla dalğalanmaqdadır”

134
0
Share:
Ümummmilli Lider, fövqəlbəşər şəxsiyyət, dünya miqyaslı siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyi dövrü respublikamızın çoxəsrlik dövlətçilik tarixində böyük bir epoxanı təşkil edir. Çoxtərəfli biliyə, zəngin təcrübəyə malik, ölkəmizi məhv olmaq təhlükəsindən xilas edərək müasir və müstəqil Azərbaycan dövlətini quran Ulu Öndərimizin adı Azərbaycanın çoxəsrlik tarixinə əbədi həkk olunmuşdur.
Müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə başlanmışdır. Dövlət başçımızın həyata keçirdiyi prakmatik siyasət nəticəsində Azərbaycan regionun lider ölkəsinə, dünyanın söz sahibi olan dövlətlərdən birinə çevrilib.
Əminliklə deyə bilərik ki, ölkəmizin əldə etdiyi nailiyyətlər, respublikamızın sürətli inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü siyasətin nəticəsidir. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynayan, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, rasional xarici siyasət kursu fonunda beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldən Azərbaycan beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməklə yanaşı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilata sədrlik edir. Bu, ölkəmizin son illər ərzində qazanmış olduğu mühüm nailiyyətlərin bariz nümunəsidir! Bu, cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Daim öz prinsipiallığı, dəmir məntiqi ilə seçilən, ölkəmizin parlaq gələcəyi, firavan həyatı naminə əzmlə çalışan cənab Prezidentimizə xalqımızla yanaşı, dünya liderləri tərəfindən də xüsusi hörmət və ehtiram göstərilməkdədir. Dövlət başçımızın yüksək insani keyfiyyətləri, eyni zamanda dost və tərəfdaş kimi çıxış etməsi dünya liderlərinin Ona olan inam və rəğbətini getdikcə daha da artırmaqdadır. Bu gün ölkə başçısı tərəfindən Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, həmçinin respublikamızın sürətli inkişafı istiqamətində həyata keçirilən müstəqil strateji kurs uğurla davam etdirilir. 
XXI əsrin Qarabağ Zəfəri!
“Mənim sözüm imzam qədər qüvvətlidir” deyən, bütün dünya tərəfindən görkəmli və müasir dövlət xadimi kimi qəbul olunan Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Onlardan biri də və ən başlıcası da, sözsüz ki, 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad edilməsidir. 2020-ci ilin sentyabrında 44 gün davam edən Vətən müharibəsi ölkəmizin düşmən üzərində böyük qələbəsi, zəfəri ilə başa çatdı. Bu, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsi, xalqmızın milli birliyinin, tarixi ədalətin zəfəri idi. Müzəffər Ali Baş Komandanımızın “Dəmir Yumruğ”u düşmənin başını əzərək, ona ömürlük dərs vermiş oldu. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə müstəqil Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa olundu. 
Hər birimiz, hər bir azərbaycanlı fəxr edir ki, ata vəsiyyətini yerinə yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin sayəsində bu gün üçrəngli bayrağımız Şərqi Zəngəzurda, Xankədidə, Xocalıda, Ağdamda, Şuşada, və eləcə də Qarabağımızın bütün kənd və şəhərlərində qürurla dalğalanmaqdadır.
Natiq Cavadov,
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü
Mənbə
Share: