MİLLİ AEROKOSMİK AGENTLİYİNİN BİR QRUP ƏMƏKDAŞINA “ƏMƏK VETERANI” KİTABÇASI TƏQDİM OLUNDU

241
0
Share:

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”ni və “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”nin 14.8-ci bəndini rəhbər tutaraq, Müdafiə Sənayesi naziri cənab Vüqar Mustafayev tərəfindən Milli Aerokosmik Agentliyinin 8 əməkdaşına “Əmək veteranı” adının verilməsi haqqında əmr imzalanmışdır.

MAKA-nın baş direktoru, professor Natiq Cavadov tərəfindən həmin işçilərə “Əmək veteranı” vəsiqəsı təqdim olundu.

 

Share: